Şirkət haqqında

   qabil 08.07USTA CONSTRUCTION şirkətinin təsisçisi Qabil Aydın oğlu Mustafayev - 1993 cu ildə  Azərbaycan Dövlət İqtisad Universitetinın Maliyyə kredit fakultəsinin axşam şöbəsinə qəbul olmaqla bərabər 2 nömrəli Mənzil Sosial Tikinti Trestinin Material Texniki Təchizat idarəsində fəhlə kimi işləməyə başlayıb və baş mühasib vəzifəsinə qədər yüksəlib. Azərbaycan Dövlət İqtisad Universitetindəki təhsilini başa vurduqdan sonra Qabil Mustafayev Türkiyənin Trabzon Texniki Universitetinin nəzdində İnşaat mühəndisliyi sahəsi üzrə biliklərini təkmilləşdirib.
Qabil bəy, inşaat sektorunda fəaliyyətini davam etdirərək həm Azərbaycanda, həm də Türkiyədə bir neçə tanınmış inşaatçılarla bərabər işləyərək təcrübə topladıqdan sonra 2013-cü ildə USTA CONSTRUCTION inşaat şirkətini yaratmağa qərar verdi!
Şirkət əsasən İNTERYER və EXSTERYER DİZAYN, İDEYALAR üzərindən LAYİHƏLƏNDİRMƏ, hazır layihələri BÜDCƏLƏNDİRMƏ (Smeta), istənilən ölçüdə inşaat layihələrinin AÇARLAR TƏSLİM yerinə yetirilməsi, KAPİTAL və CARİ təmir işlərinin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir!
USTA CONSTRUCTION- na öz işini bilən, sözün hər mənasında işinin ustası olan mütəxəsisləri toplayan Qabil Mustafayev inşaat sektoruna yeni bir xətt, yeni bir abu hava gətirməyi şirkətinə məqsəd seçdi.
Şirkətə müraciət edən hər bir insanın zövqünə, istəyinə, xəyallarına çox önəm verən mütəxəsislər ƏN UYĞUN QİYMƏTƏ müştərinin xəyallarındakı və tam komfortlu bir layihəni əldə etmək üçün əllərindən gələni edirlər. USTA CONSTRUCTION -ın fərqliliyi onun yaradıcısının öz işinə münasibətində də bariz görünür, Qabil Mustafayev İŞ OTAĞINDA deyil İNŞAAT YERİNDƏ işçilərlə bərabər işin hər mərhələsində şəxsən iştirak etməklə idarəçilik edir ki, bu da görülən işlərin keyfiyyətində özünü göstərir!
Hələ gənc yaşlarında həm dövlət sektorunda, həm özel sektorda böyük inşaat layihələrində iş icraçısı, idarəçi, təşkilatçı kimi özünü dəfələrlə təsdiq etməsinə baxmayaraq Qabil Mustafayev inşaat sektorunda hələ də yeniliklərə yer var deyir və dünyada bu sektorda tətbiq olunan yenilikləri ölkəmizə ilk USTA CONSTRUCTION araçılığıyla gətirməyə çalışır!
USTA CONSTRUCTION hal-hazırda Azərbaycanda və Xarici ölkələrdə təmir-tikinti üzrə 82 , Dizayn və Layihələndirmə üzrə 109 , Landşaft işləri üzrə isə 14 şirkətlə əməkdaşlıq edir.
USTA CONSTRUCTION ın iş devizi "İŞİNİZİ USTALARA ETİBAR EDİN!" şirkətin yaradıcılarının və kollektivinin öz peşəkarlığına güvənini bir daha sübut edir!
SİZ DƏ EVİNİZİN DİZAYNINI, LAYİHƏSİNİ, TƏMİRİNİ VƏ İNŞASINI USTA CONSTRUCTION-a ETİBAR EDİN Kİ, EVİNİZ RAHAT, RAHATLIĞINIZ GÜVƏNLİ VƏ DAİMİ OLSUN!

Təsisçi

  USTA GROUP MMC -nin təsisçisi QABİL AYDIN oğlu MUSTAFAYEV 1977-ci ilin yanvar ayının 23-də Qərbi Azərbaycanın Qaraqoyunlu Mahalının Salah kəndində ziyalı ailəsində anadan olmuşdur.
1993-cü ildə Bakı şəhərində 12 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit Fakultəsinin axşam şöbəsinə qəbul olmuşdur. Eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində Basic proqramı üzrə proqramçı diplomunu da almışdır.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra Türkiyənin Trabzon Texniki Universitetində İnşaat Mühəndisliyi üzrə biliklərını təkmilləşdirmişdir.
Əmək fəaliyyətinə hələ tələbəlik illərində başlayan Qabil Mustafayev 1993-cü ildə 2 nömrəli Mənzil-Sosial-Tikinti Trestinin Material Texniki Təchizat idarəsində fəhlə kimi işə başlayıb baş mühasib vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində müxtəlif inşaat şirkətlərində icraçı, təşkilatçı və idarəçi kimi fəaliyyət göstərib təcrübə toplayan Qabil Mustafayev işinin ustası kimi 2013-cü ildə USTA GROUP ŞİRKƏTİNİ təsis etməyə qərar vermişdir.