usta group

Şirkətlər grupu

Ardını oxu

Layihələndirmə Tikinti Dizayn Təmir

Ardını oxu

Aviabiletlərin satışı.
Turizm xidmətləri(daxili və xarici tur paketlər)

Ardını oxu

Daşınmaz əmlakın alqı satqısı

Ardını oxu

Dünyanın istənilən nöqtəsindən istənilən nəqliyyat vasitəsilə yüklərin daşınması

Ardını oxu

Sosial, mənəvi, reklam xarakterli, komedik və şad günləriniz üçün peşəkar foto və video çarxların istehsalı və digər istehsallar.

Ardını oxu

Usta Group şirkətlər qrupu

Əziz Azərbaycan vətəndaşları ümumiyyətlə hər bir işdə işinin ustası ilə əməkdaşlıq edin ki, xoşbəxt və huzurlu olasız. Sizə 26 il iş təcrübəsi olan bir şəxs kimi tövsiyəm odur ki, işinin peşəkarına qiymət verin, vəzifəsindən, şəxsiyyətindən asılı olmayaraq işinin ustasını qabağa çəkin. İrəli çəkin ki, Azərbaycanımız inkişaf etsin, çiçəklənsin və böyüsün. Böyük iqtisadiyyata malik olan ölkənin kürəyi heçvaxt yerə gəlməz. Sizə 5 şirkətə rəhbərlik edən, millətini, torpağını sevən bir Allah bəndəsi kimi müraciət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Group haqqında

   qabil 08.07"USTA GROUP" MMC şirkətinin təsisçisi Qabil Aydın oğlu Mustafayev - 1993-cü ildə  Azərbaycan Dövlət İqtisad Universitetinın Maliyyə kredit fakultəsinin axşam şöbəsinə qəbul olmaqla bərabər 2 nömrəli Mənzil Sosial Tikinti Trestinin Material Texniki Təchizat idarəsində fəhlə kimi işləməyə başlayıb və baş mühasib vəzifəsinə qədər yüksəlib. Azərbaycan Dövlət İqtisad Universitetindəki təhsilini başa vurduqdan sonra Qabil Mustafayev Türkiyənin Trabzon Texniki Universitetinin nəzdində İnşaat mühəndisliyi sahəsi üzrə biliklərini təkmilləşdirib.
Qabil bəy, inşaat sektorunda fəaliyyətini davam etdirərək həm Azərbaycanda, həm də Türkiyədə bir neçə tanınmış inşaatçılarla bərabər işləyərək təcrübə topladıqdan sonra 2013-cü ildə USTA GROUP inşaat şirkətini yaratmağa qərar verdi!

  USTA GROUP MMC -nin təsisçisi QABİL AYDIN oğlu MUSTAFAYEV 1977-ci ilin yanvar ayının 23-də Qərbi Azərbaycanın Qaraqoyunlu Mahalının Salah kəndində ziyalı ailəsində anadan olmuşdur.
1993-cü ildə Bakı şəhərində 12 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit Fakultəsinin axşam şöbəsinə qəbul olmuşdur. Eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində Basic proqramı üzrə proqramçı diplomunu da almışdır.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra Türkiyənin Trabzon Texniki Universitetində İnşaat Mühəndisliyi üzrə biliklərını təkmilləşdirmişdir.
Əmək fəaliyyətinə hələ tələbəlik illərində başlayan Qabil Mustafayev 1993-cü ildə 2 nömrəli Mənzil-Sosial-Tikinti Trestinin Material Texniki Təchizat idarəsində fəhlə kimi işə başlayıb baş mühasib vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində müxtəlif şirkətlərdə və müxtəlif vəzifələrdə fəaliyyət göstərib təcrübə toplayan Qabil Mustafayev işinin ustası kimi 2013-cü ilde USTA GROUP şirkətlər qrupunu təsis etməyə qərar vermişdir.